Ermənistan hökuməti ölkənin Xarici İşlər Nazirliyi vasitəsilə Bakıda həbsdə saxlanılan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend ilə görüş təşkil etməyə hazır olduğunu açıqlayıb. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə hökumət NEWS.am-ın yazılı sorğusuna cavabında məlumat yayıb.  


Artıq Zonabend ilə əlaqə saxlanıldığı və görüşün təşkili üçün ona əlaqə məlumatlarının ötürüldüyü bildirilir. 


Qeyd edək ki, iyulun 8-də Zonabend Ermənistan Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edərək, qadınlardan ibarət beynəlxalq humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək niyyətində olduğunu bildirib. Təşəbbüsün humanitar xarakter daşıdığı vurğulanıb. Məqsəd Bakıda həbsdə saxlanılan Ermənistan vətəndaşlarını ziyarət etmək, onlara ailələrindən məktublar, şəkillər və icazə verilmiş digər şəxsi əşyaları çatdırmaqdır. Zonabendin daha əvvəl təşkilati dəstək üçün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət etdiyi qeyd olunub. 

Baxış sayı: 3 827

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə