Oman sahillərində üzən yük gəmisi naməlum mərmi ilə vurulub.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.


Bildirilib ki, insident çərşənbə axşamı səhər Omanın Xasab şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə qeydə alınıb.


Məlumata görə, yük gəmisi vurulduqdan sonra təcili yardım siqnalı yayımlayıb.


UKMTO hadisənin səbəblərinin araşdırıldığını açıqlayıb və bölgədən keçən gəmilərə ehtiyatlı olmaları, hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat vermələri tövsiyə olunub.


Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Baxış sayı: 3 355

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə