Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırır. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə UNİAN məlumatlı mənbəyə istinadən məlumat yayıb. 


Eyni zamanda Umerovun yerinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsinə keçmiş daxili işlər naziri İqor Klimenkonun gətiriləcəyi gözlənilir. 


Qeyd edək ki, Umerov 2025-ci ilin iyulunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Daha əvvəl o, Ukraynanın müdafiə naziri vəzifəsini tutub.

Baxış sayı: 3 921

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə