Ermənistanın Baş naziri Nikol Paşinyan dünən yenidən təyin olunduğu bu postda ilk Fərmanı imzalayıb.


“ARHD.MEDiA” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan sözügedən Fərmanla Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsu Baş nazirin əsas müşaviri səlahiyyətlərini müvəqqəti idarə edən şəxs postundan azad edib və onu Baş nazirin Aparatının rəhbəri təyin edib.


Bundan əvvəl, o, Lilit Makuntsun həmin vəzifəyə gətiriləcəyini, müdafiə naziri Suren Papikyan və daxili işlər naziri Arpine Sarkisyanın isə öz postlarına yenidən təyin olunacaqlarını bildirmişdi. 


Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan iyunda keçirilən parlament seçkilərində qələbə qazanan “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyanı ölkənin Baş naziri təyin edib. O, 2018-i ildən Ermənistanın Baş naziridir.


Baxış sayı: 3 163

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə