Ermənistanda yeni formalaşacaq hökumətin Baş naziri vəzifəsinə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.


“ARHD.MEDiA” yerli KİV-ə istinadən xəbər verir ki, partiyanın İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, Paşinyanın namizədliyi parlamentə təqdim olunacaq.


Qeyd edək ki, Ermənistan qanunvericiliyinə əsasən, yeni seçilmiş parlament fəaliyyətə başladıqdan sonra hökumət istefa verir.


Bundan sonra parlament çoxluğunun irəli sürdüyü namizəd baş nazir vəzifəsinə seçilir və yeni hökumətin formalaşdırılması prosesi başlayır.


Xatırladaq ki, Baş nazir bundan öncə sosial şəbəkə hesablarında paylaşım edərək isteva verdiyini açıqlamışdı.


***


Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın yenidən Ermənistanın Baş naziri təyin olunması haqda fərman imzalayıb.

Baxış sayı: 4 283

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə