Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək.


“ARHD.MEDiA” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. 


Ermənistan Konstitusiyasına əsasən, Nazirlər Kabineti istefa verir, bunun ardınca isə prezident parlamentdə üstünlüyə malik partiya tərəfindən təqdim edilən namizədi Baş nazir təyin edir. 


Ermənistan parlamenti isə avqustun 2-də öz işinə başlayacaq və yeni hökuməti formalaşdıracaq. 


Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib.

Baxış sayı: 4 279

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə