İyulun 30-na keçən gecə Rusiya Ukraynanın müxtəlif regionlarına genişmiqyaslı hücum həyata keçirib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında paylaşım edib. 


Onun sözlərinə görə, Kiyev şəhəri və vilayəti, həmçinin Dnepr, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsya, Çerkası və İvano-Frankivsk vilayətləri hücumlara məruz qalıb. 


Ümumilikdə ölkə ərazisində azı 8 nəfər həlak olub, onlarla şəxs yaralanıb.


Ölənlərdən 6 nəfərin Krivoy Roq şəhərində yaşayış binasının “İskəndər” raketi ilə vurulması nəticəsində həlak olduğu bildirilir. 


Hücumlar zamanı çoxu ballistik olmaqla, 70-dən çox raketdən, həmçinin 280-dən çox drondan istifadə edilib. 


Hazırda ölkə ərazisində xilasetmə əməliyyatları davam etdirilir. 


Baxış sayı: 3 926

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə