Ukrayna ordusu iyulun 27-si axşamdan iyulun 28-i səhər saatlarınadək Moskva vilayətinə və paytaxta 390-dan çox dronla hücum həyata keçirib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb. 


Onun sözlərinə görə, 81 pilotsuz uçuş aparatı (PUA) Moskva yaxınlığında məhv edilib. 


Yerli “Telegram” kanalları hücum nəticəsində Moskva yaxınlığındakı Çexov şəhərində hidromexaniki avadanlıq zavodunun zərbələrə məruz qaldığını, çoxmərtəbəli binaya ziyan dəydiyini açıqlayıblar. Həmçinin sosial şəbəkələrdə “Wildberries” şirkətinin anbarının yandığını əks etdirən kadrlar yayılıb. 


Həmin görüntüləri təqdim edirik:

Baxış sayı: 3 161

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə