“ABŞ İsraildən ordusunu Qəzza, Suriya və Livan cəbhələrindən geri çəkməsini tələb edir”.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı mənbələrə istinadən məlumat yayıb.


Bildirilir ki, bununla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetini məlumatlandırıb. 


Məlumata görə, Vaşinqton İsrail Müdafiə Qüvvələrinin mərhələli şəkildə üç cəbhədən geri çəkilməsində maraqlıdır, lakin söhbətin qoşunların tam, yoxsa qismən çıxarılmasından getdiyi açıqlanmır.


Bununla belə, Netanyahu Vaşinqtonun bu təzyiqinə müqavimət göstərmək niyyətində olduğunu deyib. 


“Mən onlara yox deyəcəyəm”, - Baş nazir ABŞ-yə planlaşdırılan səfərindən əvvəl söyləyib.


Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 27 iyulda Vaşinqtona səfər edəcək. Netanyahunun 28 iyulda Ağ Evdə Trampla görüşü nəzərdə tutulub.

Baxış sayı: 3 718

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə