İran ABŞ ordusunun Küveyt və Bəhreyndəki infrastrukturuna zərbələr endirib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat xidmətinin bəyanatında deyilir.


İran tərəfinin iddiasına görə, cavab zərbələrinin 27-ci mərhələsi çərçivəsində ABŞ-nin Küveytdə yerləşən Əl-Udeyri bazasındakı üç sursat və avadanlıq anbarı məhv edilib. Bundan başqa, ABŞ hərbi hava qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının müşahidə qülləsinə zərbə endirilib. Hücum nəticəsində qülləyə ciddi ziyan dəydiyi bildirilir.


SEPAH həmçinin mülki şəxsləri ABŞ hərbi personalının yerləşdiyi və ya məskunlaşdığı ərazilərdən azı 500 metr uzaq durmağa çağırıb.

Baxış sayı: 3 472

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə