Nikaraqua Prezidenti Daniel Orteqa müxalifətin hakimiyyətə gəlişinin qarşısını almaq üçün ölkədə bir daha seçkilərin keçirilməyəcəyini elan edib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.


“Onlar hökuməti ələ keçirməyə, hakimiyyəti zəbt etməyə cəhd edə bilməsinlər deyə burada daha heç bir seçki keçirilməyəcək”, - deyə o bildirib.


2007-ci ildən hakimiyyətdə olan Orteqa parlament və müvafiq qurumlarla qanunlar üzərində işləyəcəklərini söyləyib:


“Bizə sui-qəsdçilərin və öz ölkəsinə xəyanət edən xainlərin qarşısında divar, sədd çəkəcək qanunlar lazımdır”. 


Qeyd edək ki, Nikaraquada növbəti ümumxalq seçkiləri gələn il keçirilməlidir. Orteqa seçkilərin ləğv ediləcəyi və ya müxalifətin iştirakına qadağa qoyulacağı ilə bağlı konkret açıqlama verməyib. 2021-ci il baş tutmuş sonuncu seçki kampaniyası zamanı Orteqa rejimi partiyaları qadağan etmiş və müxalifətin bütün prezidentliyə namizədlərini həbs etmişdi.

Baxış sayı: 3 680

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə