Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) Rusiyanın Novorossiysk limanı yaxınlığındakı dəniz terminalında “Nelsa” tankerinə dronla hücum edib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb. 


Hücumdan sonra tanker suda qalıb. Bildirilib ki, gəmidə qalan kapitan və baş zabit istisna olmaqla, onun 22 nəfərlik beynəlxalq heyəti XBKK-nın yedək gəmiləri ilə təxliyə edilib. Zərərçəkən yoxdur. 


Neftin yüklənməsi dayandırılıb, yanacağın dənizə tökülməsinin və alovlanmasının qarşısı isə alınıb.


Qazaxıstan Xarici İşlər Nazirliyi isə məsələ ilə bağlı bəyanat yayaraq “Belə hücumları Qazaxıstan Respublikasının iqtisadi maraqlarına yolverilməz qəsd kimi qiymətləndiririk” deyə bildirib.


Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu - uzunluğu 1500 kilometr olan Xəzər magistral neft kəmərinin tikintisi və istismarı üçün Rusiya, Qazaxıstan, eləcə də xarici hasilat şirkətlərinin iştirakı ilə yaradılmış beynəlxalq neft nəqli şirkətidir. 

Baxış sayı: 3 159

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə