Rusiya ordusu Xarkov şəhəri yaxınlığında yerləşən “Novoy Poçtı” poçt terminalına raket zərbəsi endirib.


“ARHD.MEDiA” xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb. 


Məlumata görə, 20 nəfər yaralanıb və yaralılardan üçünün vəziyyəti ağırdır.


Hadisə yerində xilasedicilər və polis axtarış-xilasetmə işlərini davam etdirir.


“Novoy Poçtı” şirkəti bildirib ki, terminal gün ərzində üç dəfə vurulub.


Hücum zamanı şirkətin iki əməkdaşı və tərəfdaş şirkətin bir sürücüsü həlak olub.

Baxış sayı: 3 756

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə