İranın Xuzistan əyalətində 5 bal gücündə zəlzələ qeydə alınıb.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.


Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 05:55-də Xuzistanın Salənd rayonunda baş verib. Zəlzələnin ocağının 8 kilometr dərinlikdə yerləşdiyi bildirilib.


Yeraltı təkanlar əyalətin inzibati mərkəzi Əhvazla yanaşı, Əndimeşk və Dezful şəhərlərində də hiss olunub.


Hazırda dağıntı və insan itkisi barədə rəsmi məlumat verilməyib. Mümkün zərərin müəyyənləşdirilməsi üçün hadisə bölgəsinə İran Qırmızı Aypara Cəmiyyətinin xilasedici qrupları göndərilib.ACAC

Baxış sayı: 3 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə