Venesuelada iyunun 24-də cəmi 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.


“ARHD.MEDiA”nın xəbərinə görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkədəki son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı daha 139 nəfər artaraq 5069-a çatıb.


Onun sözlərinə görə, zəlzələlər zamanı 16 min 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb.


Dağıntıların baş verdiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.


Rodriges vətəndaşları xilasetmə işlərinə mane olmamaq üçün şəxsi avtomobillərlə La-Quayra bölgəsinə getməməyə çağırıb. O, humanitar yardımların yalnız rəsmi toplama məntəqələrinə çatdırılmasının vacibliyini vurğulayıb.

Baxış sayı: 3 194

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə