Ukrayna Ali Radası səs çoxluğu ilə Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib. 


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə Ukrayna hökumətinin “Telegram” kanalında məlumat yayılıb.


Parlamentin 258 üzvü qərarın lehinə səs verib. 


Ukrayna qanunvericiliyinə uyğun olaraq, hökumət tam tərkibdə istefaya göndərilib.


Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Ukraynanın Baş naziri vəzifəsinə təyin edilmişdi. O, bundan əvvəl Baş nazirin birinci müavini və iqtisadiyyat naziri kimi fəaliyyət göstərib. 


Ukrayna mətbuatının məlumatına görə, yeni baş nazir postuna əsas namizəd “Naftoqaz”ın rəhbəri Sergey Koretski hesab olunur.

Baxış sayı: 3 914

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə