İyulun 13-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranda onlarla hədəfi vurub, o cümlədən hava hücumundan müdafiə sistemlərini, radarları, raket buraxılış qurğularını və katerləri məhv ediblər.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. 


Hörmüz boğazı hövzəsində və İranın azı 13 şəhərində, o cümlədən Bəndər-Abbas, Kirmanşah, Keşm, Əhvaz, Sirik və digər şəhərlərdə partlayış səslərinin eşidildiyi bildirilir. 


ABŞ tərəfi hücumlar zamanı ilk dəfə olaraq dəniz dronlarından istifadə etdiyini açıqlayıb. 


Buna cavab olaraq, İran ABŞ-nin regionda yerləşən bir neçə hərbi bazasına ballistik raketlər və dronlarla hücum həyata keçirib. Belə ki, İslam İnqilabı Keşidçiləri Korpusunun (SEPAH) yaydığı məlumata görə, ABŞ-nin İordaniyadakı bazasında sursat anbarları və yanacaq çənləri, Bəhreyndə yerləşən Şeyx-İsa hava bazasındakı helikopterlərin texniki xidmət yerləri, ABŞ-nin pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzi və digər hədəflər məhv edilib. Bundan başqa, ABŞ hərbi hava qüvvələrinin 5-ci donanmasının bazasının vurulduğu bildirilir. Küveytdə isə “Patriot” hava hücumundan müdafiə sisteminin, AN/FPS erkən xəbərdarlıq sisteminin, eləcə də bir neçə yanacaq çəninin məhv edildiyi iddia olunur. 

Baxış sayı: 3 717

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə