Gürcüstanın Telavi şəhərində güclü leysan yağışlarından sonra “Telavis xevi” çayı məcrasından çıxaraq ciddi fəsadlar törədib.


“ARHD.MEDiA” xarici KİV-ə istinadən xəbər verir ki, sel suları şəhərin mərkəzi küçələrini, yaşayış evlərinin zirzəmilərini, mağaza və aptekləri su altında qoyub.


Təbii fəlakət səbəbindən şəhərin böyük hissəsində işıq, qaz və içməli suyun verilişi dayandırılıb, bir neçə avtomobilə ziyan dəyib.


Kaxeti bölgəsinin qubernatoru dəyən ziyanın böyük olduğunu bildirib.


Hazırda əraziyə xüsusi texnika cəlb olunub və fəsadların aradan qaldırılması üçün operativ qərargah yaradılıb.

Baxış sayı: 3 100

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə