İspaniyanın Əndəlusiya muxtar icmasının hakimiyyəti Almeriya vilayətinin Los-Qalyardos qəsəbəsi yaxınlığında baş vermiş dağıdıcı meşə yanğınında həyatını itirənlərin xatirəsinə üçgünlük matəm elan edib.


“ARHD.MEDiA” xəbər verir ki, bu barədə region rəhbəri Xuanma Moreno məlumat verib.


Məlumata görə, yanğın nəticəsində azı 12 nəfər həlak olub, daha 23 nəfər isə itkin düşüb.


Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının arta biləcəyi istisna edilmir.


Hökumətin fövqəladə hallar üzrə rəhbəri Antonio Sans bildirib ki, həlak olanların əksəriyyəti əcnəbi vətəndaşlardır. Onların bir qismi təhlükəsiz sığınacaqda qalmaq barədə xəbərdarlıqlara əməl etməyərək avtomobillərlə ərazini tərk etməyə çalışıb.


Dörd nəfər avtomobildə yanaraq ölüb, digər səkkiz nəfərin isə avtomobillərini tərk etdikdən sonra alovun içində qaldığı bildirilir. Şəxsiyyətlərin müəyyənləşdirilməsi üçün DNT ekspertizası aparılır.


İspaniyanın Baş naziri Pedro Sançes isə faciə ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib və xilasedicilərə təşəkkürünü bildirib.

Baxış sayı: 4 014

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə