uefa çempionlar liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilir.
“arhd.media” xəbər verir ki, bu gün “arsenal” londonda “atletiko”nu qəbul edir.
bu qarşılaşmadan sonra çl-də ilk finalçının adına aydınlıq gələcək.
qarşılaşma bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
bu komandalar arasında ispaniyada keçirilən ilk matç 1:1 hesablı bərabərliklə başa çatıb.
uefa çempionlar liqası
yarımfinal, cavab oyunu
5 may
23:00. “arsenal” (ingiltərə) – “atletiko” (ispaniya)
ilk oyun - 1:1























