abş prezidenti donald tramp irana daha bir xəbərdarlıq edib.
“arhd.media” xəbər verir ki, tramp bu haqda “truth social” hesabında paylaşım edib.
“iran hazırda çox ağır vəziyyətdədir və yaxın şərqdəki qonşularından üzr istəyərək onlara artıq atəş açmayacağına söz verib. bu vəd yalnız abş və israilin fasiləsiz hücumları nəticəsində verilib.
onlar yaxın şərqi ələ keçirmək və ona hökmranlıq etmək istəyirdilər. minillər ərzində ilk dəfədir ki, iran ətrafdakı yaxın şərq ölkələrinə uduzur.
onlar mənə “təşəkkür edirik, prezident tramp” deyiblər. mən də qarşılığında “buyurun” demişəm.
iran artıq “yaxın şərqin zorakısı” deyil. əksinə, indi o, “yaxın şərqin uduzanı”dır və təslim olana və ya daha böyük ehtimalla tamamilə çökənə qədər onilliklər boyu belə qalacaq.
bu gün iran çox ağır zərbə alacaq. iranın davranışlarına görə, bu vaxta qədər hədəf kimi nəzərdə tutulmayan bəzi ərazilər və qruplar da hazırda ciddi şəkildə hədəfə alınmaq üçün nəzərdən keçirilir”, - abş prezidenti qeyd edib.























