cənub keçid şurası (ckş) komandanlığı öz döyüşçülərinin "vətən qalxanı"adlanan hökumət qüvvələrinə inteqrasiyası prosesinin başladığını elan edib.


arhd.media  tass-a istinadən xəbər verir ki, bu barədə ckş təmsilçisi sözçüsü polkovnik-leytenant məhəmməd ən-nakib aic telekanalında dərc olunmuş müraciətində deyib.


ən-nakib bu addımı "ərazi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq məqsədi" daşıdığını bildirib. o qeyd edib ki, bu gündən silahlı qüvvələrə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirmək üçün onların "vətən qalxanı"na inteqrasiyası prosesinə başlanılıb.


ən-nakibin sözlərinə görə, "vətən qalxanı"nın ilk briqadası artıq hadramaut əyalətinin tamud rayonuna yerləşdirilib və yaxın vaxtlarda rama rayonundakı mövqeləri, eləcə də hadramaut və əl-mahradakı bəzi obyektləri hökumət qüvvələrinə təhvil verəcəyi gözlənilir.


xatırladaq ki, birləşmiş ərəb əmirliklərinin dəstəklədiyi cənub keçid şurasından olan separatçıların yəmənin şərqindəki hadramaut və əl-mahra əyalətlərinə nəzarəti bərqərar etməsindən sonra ölkədə vəziyyət gərginləşib.

Baxış sayı: 2 559

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə