pkk terror təşkilatı türkiyədəki fəaliyyətlərini tamamilə dayandırdığını açıqlayıb.
arhd.media bu barədə "haber global"a istinadən xəbər verir.
iyulun 11-də şimali iraqda silahları yerə qoyan pkk bəyanat yayaraq bildirib ki, türkiyədən tamamilə çıxıb.
"yaxın şərqdə baş verən toqquşma və müharibələr türkiyənin və kürdlərin gələcəyini çox ciddi təhdid etməyə başlayıb. türkiyədəki bütün qüvvələrimizi çıxarırıq" , - deyə bəyanatda bildirilir.





















