ABŞ Dövlət Departamenti İrana qarşı həyata keçirilən əməliyyatlar ərəfəsində və gedişatında təxliyə edilmiş diplomatların Yaxın Şərq ölkələrindəki səfirliklərə qayıdışı üçün hazırlıq görür.


“ARHD.MEDiA”  xəbər verir ki, bu məlumatı nazirliyin daxili sənədinə istinadən "The New York Times" (NYT) nəşri yayıb.


Qeyd edilib ki, əməkdaşların geri dönüşü və əvvəllər tətbiq edilmiş fövqəladə vəziyyət tədbirlərinin yumşaldılması elə bu həftə başlaya bilər. Bildirilib ki, bu addım ABŞ rəhbərliyinin tərəflər arasında genişmiqyaslı hərbi toqquşmaların yenidən yaşanmayacağına əminliyini göstərir.


Təsdiq edilmiş plana əsasən, diplomatlar ilk növbədə qismən Livan səfirliyinə qayıdacaqlar. BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Livandakı diplomatik nümayəndəliklərin kadr təminatı 85%, İraq, Küveyt və Bəhreyndə isə 75% səviyyəsinə çatdırılacaq. Gələcəkdə İsrail, İordaniya və Omandakı səfirliklərə isə personalın tam heyətlə qayıtması nəzərdə tutulur.

Baxış sayı: 3 282

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə